Yaponiyada daşqın qurbanlarının sayı 18 nəfərə çatıb

Yaponiyada daşqın qurbanlarının sayı 18 nəfərə çatıb Oita prfekturasında daha 3 nəfərin meyiti tapılıb
Digər ölkələr
9 İyul , 2017 08:55
Yaponiyada daşqın qurbanlarının sayı 18 nəfərə çatıb

Bakı. 9 iyul. REPORT.AZ/ Yaponiyanın cənub-qərbində yerləşən Küsü regionunda daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə NHK nəşri məlumat yayıb.

Bildirilir ki, 15 nəfərin meyiti Fukuoka prfekturasında, daha 3 nəfərin cəsədi isə Oita prefekturasında aşkar edilib.

Bu iki prfekturada təbii fəlakətdən zərər çəkənlərin sayı 14 nəfər təşkil edir.

Bundan əvvəl 15 nəfərin həlak olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi