Yuxarı
    Bağlamaq

    Yaponiyada bir həftə ərzində təxminən min nəfər isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirilib

    Zərərçəkənlərin əksəriyyəti Tokioda və Aiti, Osaka, Höqo, Saitama və Kanaqava prefekturalarında yaşayanlardır

    Bakı. 23 may. REPORT.AZ/ Yaponiyanın böyük hissəsində qeydə alınan isti hava ilə əlaqədar olaraq son bir həftə ərzində təxminən min nəfər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin demək olar, yarısının yaşı 65-dən çoxdur.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın təcili yardım xidmətinə məsul yanğından mühafizə idarəsindən bildiriblər.

    Zərərçəkənlərin əksəriyyəti Tokioda və Aiti, Osaka, Höqo, Saitama və Kanaqava prefekturalarında yaşayanlardır.

    Yaponiya Baş Meteorologiya Agentliyinin məlumatına görə, isti hava qarşıdakı günlərdə ölkənin böyük hissəsində davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi