Yuxarı

Yaponiyada Aso vulkanı püskürüb

O, ölkənin fəaliyyətdə olan ən böyük vulkanıdır

Bakı. 7 oktyabr. REPORT.AZ/ Cümə günü Yaponiyanın Kyüsyü adasında Aso vulkanı püskürməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Kumamoto prefekturasında yerləşən Aso Yaponiyanın fəaliyyətdə olan ən böyük vulkanıdır. O, həmçinin dünyanın da ən böyük vulkanlarından biri hesab olunur.

Asonun bundan əvvəl kiçik püskürməsi cari ilin aprel ayında baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi