Bakı. 20 sentyabr. REPORT.AZ/ Sakit okeanın Yaponiyanın cənub-şərqindəki İdzu adası sahillərində 6 bal gücündə zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:21- də qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir.