Yuxarı

Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib

Bakı. 22 fevral. REPORT.AZ/ Yaponiyada 5,6 bal gücündə zəlzələ baş verib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İvodzima adasından 329 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 30 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi