Yaponiyanın mərkəzində, İbaraki prefekturasının yaxınlığında içərisində 20 nəfərin olduğu balıqçı qayığı aşıb.
“Report”un məlumatına görə, bu barədə NHK telekanalı xəbər yayıb.
Xilasetmə əməliyyatı zamanı 17 nəfər tapılıb, onlardan 2-si ölüb. Daha 3 balıqçı hələ də itkin düşmüş sayılır və onların axtarışları davam edir.
Axtarış əməliyyatına ölkənin sahil mühafizəsinin gəmiləri və helikopterləri cəlb edib.