Yaponiya və ABŞ ticarət razılaşmasının bağlanması üzrə danışıqları tamamilə qurtarıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə danışıqların final raundunun nəticəsinə əsasən Yaponiyanın xarici işlər naziri Tosimisu Moteqi jurnalistlərə bildirib.
Yaxın vaxtlara qədər ölkə iqtisadiyyatının bərpası üzrə nazir vəzifəsini icra etmiş Tosimisu Moteqi "danışıqlar tamamilə başa çatıb", - deyə vurğulayıb. O, əlavə edib ki, təfərrüatlar yaxın günlərdə elan ediləcək.
Güman edilir ki, ticarət razılaşmasının nəticəsini bu gün
Qeyd edək ki, Yaponiya və ABŞ apreldən yeni formatda ticarət danışıqları aparırdı.