Yaponiya və ABŞ Sakit okeanda birgə təlimlər keçirib

Digər ölkələr
  • 27 may, 2022
  • 07:53
Yaponiya və ABŞ Sakit okeanda birgə təlimlər keçirib

Yaponiyanın dəniz özünümüdafiə qüvvələri ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Sakit okeanda təlimlər keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, təlimlərdə ABŞ HDQ-nin Kanaqava prefekturasında yerləşən Yokosuka bazasında dislokasiya olunmuş “Ronald Reagan” atom aviadaşıyıcısı iştirak edib.

Xatırladaq ki, mayın 24-dən 26-dək keçirilmiş təlimlərdə əsasən düşmən sualtı gəmilərinə qarşı mübarizə üzərində işlənilib.

44 - Tezliklə