Çindən Yaponiya və ABŞ-a naməlum bağlamalar göndərilir

Çindən Yaponiya və ABŞ-a naməlum bağlamalar göndərilir Çindən bitki toxumlarının olduğu bağlamalar anonim ünvanlardan Yaponiyaya göndərilir.
Digər ölkələr
1 Avqust , 2020 20:26
Çindən Yaponiya və ABŞ-a naməlum bağlamalar göndərilir

Çindən bitki toxumlarının olduğu bağlamalar anonim ünvanlardan Yaponiyaya göndərilir.

"Report" xəbər verir ki, bu barədə Yokohama şəhərinin karantin xidmətin bölməsinə istinadən NHK telekanalı bildirib.

Yaponiyanın karantin xidməti israrla bu toxumları əkməməyi xahiş edir, çünki yabançı bitkilər təbii balansı poza bilər, həmçinin viruslarla yoluxma riski mövcuddur.

Bağlamalar artıq ABŞ-ın da 20 ştatına göndərilib. İyunun sonlarından göndərilən bağlamaların sayı yüzlərlədir. Onların içində sarmaşıq və kələm toxumları var.

Bağlamalarda Çin poçtunun ünvanları qeyd edilib. Amma Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ştamplarda saxta poçt ünvanlarının olduğunu bildirib və ölkənin bağlamalarla hər hansı əlaqəsinin olmasını təkidlə inkar edir.

Son xəbərlər

Orphus sistemi