Yaponiya üzrə fövqəladə vəziyyət rejimi tətbiq edildi

Digər ölkələr
  • 16 aprel, 2020
  • 12:22
Yaponiya üzrə fövqəladə vəziyyət rejimi tətbiq edildi

Yaponiyada mayın 6-dək ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edilib.

“Report” “Aksam”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe aprelin 16-da keçirdiyi mətbuat konfransında məlumat verib.

O, aprelin 7-dən etibarən 7 əyalətdə tətbiq edilən fövqəladə vəziyyət rejimi şərtlərinin mayın 6-dək bütövlükdə Yaponiyaya şamil ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Yaponiyada COVID-19-a 9 800 nəfər yoluxub, 195 nəfər isə ölüb.