Yaponiya Ukraynaya 1,7 milyon dollar ayıracaq

Yaponiya Ukraynaya 1,7 milyon dollar ayıracaq Yaponiya hökuməti Ukraynaya 1,7 milyon dollar məbləğində təcili yardım ayıracaq.
Digər ölkələr
30 May , 2022 02:05
Yaponiya Ukraynaya 1,7 milyon dollar ayıracaq

Yaponiya hökuməti Ukraynaya 1,7 milyon dollar məbləğində təcili yardım ayıracaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

Ukrayna tərəfinə yardım Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisi (UNOPS) vasitəsilə ötürüləcək.

Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, Tokio beynəlxalq ictimaiyyətin Ukraynaya dəstək səylərinə töhfə verməkdə davam edəcək.

BMT-nin məlumatına görə, fevralın 24-dən indiyədək 8 milyondan çox Ukrayna vətəndaşı qaçqın və ya məcburi köçkünə çevrilib. Yaponiya son üç ayda 1 055 ukraynalını qəbul edib.

Son xəbərlər

Orphus sistemi