Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi Ukraynadakı müharibə ilə bağlı Rusiyaya ixracatına qadağa qoyulan məhsulların siyahısını dərc edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda olan bütövlükdə 57 bəndin 31-i istehlak mallarının, 26-sı isə texnologiya, o cümlədən proqram təminatının payına düşür.
Belə ki, martın 18-dən qüvvəyə minəcək yeni qaydaya əsasən, Rusiyaya ixracı dayandırılacaq məhsullar arasında rabitə vasitələri, radar, lazer, telekamera, müşahidə cihazları, naviqasiya, radio elektron, sualtı müşahidə, dalğıc avadanlığı, dizel mühərrikləri, təyyarə qaz turbin mühərrikləri, neft emalı avadanlığı və sair var.