Yaponiya peyvənd olunan əcnəbilərin karantin müddətini azaltmaq niyyətindədir

Yaponiya peyvənd olunan əcnəbilərin karantin müddətini azaltmaq niyyətindədir Yaponiya peyvəndlənmiş əcnəbilər üçün məcburi karantin müddətinin 14 gündən 10 günədək azaldılmasını nəzərdən keçirir.
Digər ölkələr
9 Sentyabr , 2021 12:34
Yaponiya peyvənd olunan əcnəbilərin karantin müddətini azaltmaq niyyətindədir

Yaponiya peyvənd olunan əcnəbilər üçün məcburi karantin müddətinin 14 gündən 10 günədək azaldılmasını nəzərdən keçirir.

“Report” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Məlumata görə, bu tədbir yalnız “Pfizer”, “Moderna” və ya “AstraZeneca” vaksinləri ilə peyvəndlənmiş şəxslərə şamil ediləcək.

Bundan başqa, ölkəyə gələn şəxslər Yaponiya, ABŞ və ya Aİ tərəfindən təqdim edilmiş peyvəndləmə sertifikatlarına malik olmalıdırlar.

Son xəbərlər

Orphus sistemi