Yaponiya 2024-cü ildə müdafiə büdcəsini rekord həddə çatdırıb. Hökumət bu qərarı Çin və Rusiyadan gələn təhlükənin artması səbəbindən qəbul edib.
“Report” xəbər verir ki, bu barədə
Yaponiya 2024-cü ildə müdafiəyə rekord məbləğdə 56 milyard dollar xərcləyəcək. Bu, 2023-cü illə müqayisədə 16,5% çoxdur. Qərar ölkənin müdafiəsinin modernləşdirilməsi üzrə beşillik planın bir hissəsi kimi qəbul edilib.
Büdcədə düşmən ərazisindəki hədəflərə zərbə endirmək üçün yeni imkanların inkişaf etdirilməsi üçün vəsait də nəzərdə tutulub.
Qeyd edək ki, 2024-cü ildən başlayaraq korporativ və gəlir vergisinin, habelə bəzi istehlak mallarına tətbiq olunan vergilərin artırılmasından əldə ediləcək vəsait də ölkənin müdafiə imkanlarının genişləndirilməsinə yönəldiləcək. Bundan başqa, əsasən təbii fəlakətlər üçün nəzərdə tutulan və xərclənməsi üçün parlament təsdiqinə ehtiyac olmayan ehtiyat fonddakı qalıq vəsaitlərinin də müdafiə məqsədilə istifadəsi mümkün olacaq.