Yaponiya ilə ABŞ Çin və KXDR-ə qarşı birgə mübarizə aparacaq

Yaponiya ilə ABŞ Çin və KXDR-ə qarşı birgə mübarizə aparacaq ABŞ prezidenti Co Bayden Yaponiyanın Baş naziri Yosihide Suqa ilə birgə mətbuat konfransı keçirib
Digər ölkələr
17 Aprel , 2021 02:31
Yaponiya ilə ABŞ Çin və KXDR-ə qarşı birgə mübarizə aparacaq

ABŞ-la Yaponiya Çin və Koreya Xalq Demokratik Respublikasının Hindistan-Sakit Okeanı bölgəsində yaratdığı çağırışlara qarşı birgə mübarizə aparacaqlar.

“Report”un məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden Yaponiyanın Baş naziri Yosihide Suqa ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Yaponiya və ABŞ bölgədəki iki güclü demokratik ölkədir. İnsan hüquqları və qanunun aliliyi də daxil olmaqla ortaq dəyərlərimizi qorumağa sadiqik. Demokratiyanın 21-ci əsrdə rəqabət edə və qalib gələ biləcəyini sübut etmək üçün birlikdə çalışacağıq”, Bayden əlavə edib.

Son xəbərlər

Orphus sistemi