Yaponiya hökuməti istefaya getdi

Yaponiya hökuməti istefaya getdi Yaponiyada baş nazir Sindzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.
Digər ölkələr
16 Sentyabr , 2020 04:54
Yaponiya hökuməti istefaya getdi
Sindzo Abe

Yaponiyada baş nazir Sindzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.

“Report”un məlumatına görə, bu barədə "Kiodo" agentliyi xəbər verib.

Qeyd edilir ki, ölkə parlamenti yaxın saatlarda Nazirlər Kabinetinin yeni başçısını təsdiq edəcək.

Yaponiyanına hakim Liberal Demokratik Partiyasının yeni sədri Yoşihide Suqanın baş nazir olacağı gözlənilir.

Sindzo Abe avqustun 28-də gözlənilmədən xroniki xəstəliyinin kəskinləşməsinə görə öz postunu tərk etmək niyyətini elan edib. O, kabinetin yeni başçısının seçilməsinə qədər vəzifədə qalıb. Yaponiya parlamentinin hər iki palatası bu gün səsvermə keçirərək, yeni baş naziri elan edəcək. Baş nazir isə nazirliklərin yeni başçılarını təyin edəcək.

Baş nazir partiyalar tərəfindən təqdim edilmiş namizədlər arasında səs çoxluğu ilə seçilir. Bir qayda olaraq, onlar bu partiyaların liderləridir.

Son xəbərlər

Orphus sistemi