Yaponiya Afrika ölkələrinin inkişafına 30 milyard dollar xərcləyəcək

Digər ölkələr
  • 27 avqust, 2022
  • 13:22
Yaponiya Afrika ölkələrinin inkişafına 30 milyard dollar xərcləyəcək

Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin üç il ərzində Afrika ölkələrinin inkişafına 30 milyard ABŞ dolları ayıracağını bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Onun sözlərinə görə, bu vəsait, ilk növbədə, Afrika ölkələrində insan kapitalına investisiyalara sərf olunacaq: “Məsələn, təhsil sahəsinə sərmayə qoyulacaq”.

Baş nazir vurğulayıb ki, Yaponiya Afrikanın inkişafına hərtərəfli yardım etməyi planlaşdırır.