Yuxarı

"WikiLeaks" Hillari Klintonun seçki kampaniyası barədə məlumatlar dərc etməyə hazırlaşır

Culian Assanj: Bəzi sənədlər olduqca maraqlıdır, bəziləri isə artıq məlum faktları fərqli şəkildə göstərə bilər

Bakı. 25 avqust. REPORT.AZ/ "WikiLeaks" Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klintonun seçki kampaniyası ilə bağlı sənədləri ictimaiyyətə çatdırmaq niyyətindədir.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, bu barədə "WikiLeaks"in yaradıcısı Culian Assanj məlumat verib.

O, sənədlərin detallarını açıqlamayıb, ancaq sənədlərin mənbələrinin seçki kampaniyası ilə bağlı müxtəlif institutlar olduğunu bildirib.

C.Assanjın sözlərinə görə, bəzi sənədlər olduqca maraqlıdır, bəziləri isə artıq məlum faktları fərqli şəkildə göstərə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi