Vyetnamda daşqınlar nəticəsində 68 nəfər ölüb, 30-u itkin düşüb

Vyetnamda daşqınlar nəticəsində 68 nəfər ölüb, 30-u itkin düşüb Leysan və daşqınlar yüzlərlə evin dağılmasına gətirib çıxarıb
Digər ölkələr
15 Oktyabr , 2017 11:39
Vyetnamda daşqınlar nəticəsində 68 nəfər ölüb, 30-u itkin düşüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Vyetnamda sürüşmə və daşqınlar nəticəsində ən azı 68 nəfər ölüb, daha 30-u itkin düşmüş hesab olunur.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinə istinadən "VnExpress" nəşri məlumat yayıb.

Bildirilir ki, leysan və daşqınlar yüzlərlə evin dağılmasına gətirib çıxarıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində 37 nəfərin öldüyü bildirilirdi.

Son xəbərlər

Orphus sistemi