Vyetnam hökuməti Rusiya ilə birgə AES tikintisi layihəsindən imtina edib

Digər ölkələr
  • 10 noyabr, 2016
  • 10:46
Vyetnam hökuməti Rusiya ilə birgə AES tikintisi layihəsindən imtina edib

Bakı. 10 noyabr. REPORT.AZ/ Vyetnam hökuməti Rusiyanın “Rosatom” şirkəti ilə birgə ölkədə Atom Elektrik Stansiyasının (AES) tikilməsi layihəsindən imtina edib.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə “Vietnam Electricity”nin Direktorlar Şurasının başçısı Zıonq Kuanq Txan bildirib.

O deyib ki, AES-in tikilməsi haqqında qərar qəbul ediləndə neft və təbii qaz indikindən daha baha idi: "İqtisadi inkişafın sürəti elektrik enerjisinə tələbatın azalmasına səbəb olub”.

Məlumata görə, “Rosatom” yaxın 10 ildə Vyetnamda AES tikintisi ilə bağlı 40 sifariş alacağını gözləyirdi.

44 filmi