Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçiriləcək və bu iclasda Polşanın xarici işlər naziri Zbiqnev Rau Polşanın ATƏT-ə sədrliyinin 2022-ci il üçün proqramını təqdim edəcək.
“Report” xəbər verir ki, ATƏT-in Daimi Şurasının ilin əvvəlində keçirilən təsis iclası ənənəvi olaraq fəaliyyətdə olan sədrin proqramının təqdimatına və təşkilata üzv 57 dövlətin nümayəndələrinin qarşılıqlı bəyanatlarına həsr olunur, burada onlar Avropa təhlükəsizliyinin müəyyən məsələlərinə toxuna bilərlər.
Polşa sədrliyinə görə, Rau regional strukturlara və ATƏT institutlarına dəstək verməklə regional və dondurulmuş münaqişələrin həlli təşəbbüslərinə, münaqişə zonalarında mülki şəxslərə dəstək səylərinə və ATƏT regionunda davamlı inkişafın stimullaşdırılmasına yönəlmiş tədbirlərə diqqət yetirməklə pandemiyadan sağalma kontekstində 2022-ci il üçün proqram təqdim edəcək.
ATƏT-ə üzv dövlətlər də Polşanın prioritetləri və bu təşkilatın məsuliyyət daşıdığı regiondakı vəziyyətə baxışı ilə bağlı bəyanatlar verə biləcəklər. Polşa 2022-ci il yanvarın 1-dən ATƏT-ə sədrliyi İsveçdən alıb.