Vuçiç Serb Tərəqqi Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb

Vuçiç Serb Tərəqqi Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb Serbiya Prezidenti Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Digər ölkələr
27 May , 2023 03:41
Vuçiç Serb Tərəqqi Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb

Serbiya Prezidenti Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Bu gün Serb Tərəqqi Partiyasının sədri kimi sizə müraciət etdiyim son axşamdır. Sabah mən siyasi partiyanın sədri deyil, Serbiyanın bütün vətəndaşlarının lideri olacağam”, - Vuçiç ölkə hökumətinə dəstək məqsədilə keçirilən ümummilli mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.

Qeyd edək ki, Aleksandar Vuçiç 2012-ci il sentyabrın 29-da partiyanın sədri seçilib.

Son xəbərlər

Orphus sistemi