Vuçiç Makronun onu Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etməsi ilə bağlı məlumatı şərh edib

Vuçiç Makronun onu Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etməsi ilə bağlı məlumatı şərh edib Serbiya prezidenti Aleksandar Vucic Parisə səfəri zamanı fransalı həmkarı Emmanuel Makronun hər hansı bir şəkildə onu Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə məcbur etməsi ilə bağlı təklifləri rədd edib.
Digər ölkələr
12 Aprel , 2024 05:39
Vuçiç Makronun onu Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etməsi ilə bağlı məlumatı şərh edib

Serbiya prezidenti Aleksandar Vuçiç Parisə səfəri zamanı fransalı həmkarı Emmanuel Makronun hər hansı bir şəkildə onu Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə məcbur etməsi ilə bağlı təklifləri rədd edib.

“Report”un məlumatına görə, o, Serbiya Milli Təhlükəsizlik Şurasının Ukraynada münaqişənin başlamasından səkkiz gün sonra qəbul etdiyi və hələ də qüvvədə olan mövqeyini xatırladıb.

Vuçiç əlavə edib ki, Belqrad öz mövqeyini dəyişməyib, heç kim Serbiya tərəfini şantaj etməyib və onu məcbur edə bilməz.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Serbiyanı xarici siyasət qərarlarını Avropa İttifaqı (Aİ) ilə daha sıx əlaqələndirməyə çağırıb. O, bunu Parisdə səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında deyib.

Son xəbərlər

Orphus sistemi