Vladimir Putin və Donald Tramp bu həftə görüşəcək

Vladimir Putin və Donald Tramp bu həftə görüşəcək APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək
Digər ölkələr
7 Noyabr , 2017 14:51
Vladimir Putin və Donald Tramp bu həftə görüşəcək

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp Vyetnamda keçiriləcək Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatı (APEC) sammitində görüşəcəklər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"APEC sammitində V.Putinlə D.Trampın danışmaq imkanı olacaq, görüşün detalları hazırlanır", - D.Peskov bildirib.

Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək.

Daha əvvəl ABŞ prezidenti D.Tramp Şimali Koreya məsələsində Putindən dəstək gözlədiyini və qarşıdakı görüşdə Ukrayna məsələsini müzakirə etməyə hazır olduğunu söyləyib.

Bununla yanaşı, Kreml görüşdə müzakirə olunan mövzulardan birinin də Suriya böhranı olacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi