Yuxarı
    Bağlamaq

    Vladimir Putin və Donald Tramp arasında keçirilən görüş başa çatıb

    Görüş 2 saat 15 dəqiqə davam edib

    Bakı. 7 iyul. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən görüş başa çatıb.

    "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, görüş 2 saat 15 dəqiqə davam edib.

    Bu, prezidentlərin ilk şəxsi görüşü olub. Bundan əvvəl dövlət başçıları yalnız telefon vasitəsilə əlaqə saxlayıblar.

    Görüş mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilib.

    Görüşdə yalnız iki ölkənin XİN rəhbərləri iştirak ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi