Yuxarı

Vladimir Putin Rusiya Federal Mühafizə Xidmətinin direktorunu vəzifəsindən azad edib

FMX-nın yeni direktoru prezidentin təhlükəsizlik xidmətinin rəhbəri Dmitri Koçnev olub

Bakı. 26 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Yevgeni Murovun öz istəyi ilə Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin direktoru vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Y.Murovun yerinə prezidentin təhlükəsizlik xidmətinin rəhbəri Dmitri Koçnev təyin edilib.

D.Koçnev bu təyinata qədər FMX-nın direktor müavini, Rusiya prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi