Yuxarı

​Vladimir Putin Qazaxıstana səfər edib

Rusiya prezidenti Astanada Lukaşenko və Nazarbayevlə görüşəcək

Bakı. 20 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfər edib.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiyanın dövlət başçısı burada Belarus və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko və Nursultan Nazarbayevlə görüşəcək.

"Tərəflər üç ölkənin ticari-iqtisadi əməkdaşlığının hazırki vəziyyəti və perspektivlərini, dünya iqtisadiyyatında müasir təsir tendensiyalarını nəzərə almaqla Avrasiya inteqrasiya proseslərini müzakirə etmək niyyətindədirlər", - deyə məlumatda bildirilir.

Bundan əlavə, aktual beynəlxalq məsələlər, hər şeydən əvvəl Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsinin aparılacağı ehtimal edilir.

Vladimir Putin həmkarları ilə martın 20-də görüşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi