Yuxarı

Vladimir Putin Fransa səfərindən imtina edib

Rusiya və Fransa prezidentlərinin görüşü oktyabrın 19-da Parisdə keçirilməli idi

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Fransa səfərindən imtina edib. 

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Fransa Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putinlə görüşün faydalılığını sual altına almışdı.

Rusiya və Fransa prezidentlərinin görüşü oktyabrın 19-da Parisdə keçirilməli idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi