Vitse-kansler: Almaniyanın biznes modeli küncə sıxışdırılıb

Vitse-kansler: Almaniyanın biznes modeli küncə sıxışdırılıb Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri və “Yaşıllar” partiyasından kansler namizədi Robert Habek ölkənin biznes modelinin “küncə sıxışdırıldığını” etiraf edib.
Digər ölkələr
15 Dekabr , 2024 13:46
Vitse-kansler: Almaniyanın biznes modeli küncə sıxışdırılıb

Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri və “Yaşıllar” partiyasından kansler namizədi Robert Habek ölkənin biznes modelinin “küncə sıxışdırıldığını” etiraf edib.

“Report” xəbər verir ki, bu barədə o, “Bild” qəzetinə müsahibəsində bildirib.

“Hər halda bizim biznes modelimiz həqiqətən küncə sıxışdırılıb”, – Habek deyib.

Habek qeyd edib ki, Almaniya açıq bazarlara ehtiyacı olan ixracatçı ölkədir.

“Donald Tramp bazarları bağlayır, Çin də öz elektromobillərini hər yerdə təbliğ edərək bazarları bağlayır. Bu, Almaniya avtomobil sənayesinin ciddi problemlərindən biridir”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, Almaniyanın uzun illərdir infrastruktura, vergi şərtlərinə və ixtisaslı işçi qüvvəsinə sərmayə qoymaması da mənfi təsir göstərir.

“Almaniyanın biznes məkanı kimi cəlbediciliyi ilə bağlı həqiqətən problemimiz var, amma bu həll oluna bilər”, – nazir əlavə edib.

Nəşr qeyd edib ki, Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. Noyabrda ölkədə inflyasiya illik 2,2 % təşkil edib. Almaniya Federal Bankının (Bundesbank) ekspertləri cari ildə ölkənin ÜDM-nin 0,2 % azalacağını və 2025-ci ildə cəmi 0,2 % artacağını proqnozlaşdırıblar. Daha əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) Almaniyanın cari ildə iqtisadi artım proqnozunu 0,2 %-ə qədər azaldıb.

Son xəbərlər

Orphus sistemi