"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatda bildirilir.
Məlumata görə, epidemiya yayıldığı vaxtdan 18464 nəfər bu xəstəliyə yoluxub, 6841 nəfər isə dünyasını dəyişib. Liberiyada vəziyyət daha ağır olaraq qalmaqdadır. Burada yoluxanların və ölənlərin sayı müvafiq olaraq 7797 və 3290 nəfərdir. Onun ardınca Syerra-Leone (8273 və 2033) və Qvineya (2394 və 1518) qərarlaşıb.