Viktor Orban Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib

Digər ölkələr
  • 20 iyun, 2022
  • 22:16
Viktor Orban Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib
Viktor Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna və Moldovaya, həmçinin Gürcüstan və Bosniya və Herseqovinaya Avropa İtifaqına namizəd statusu verməyə çağırıb.

“Report”un məlumatına görə, bu barədə Macarıstan Baş nazirinin mətbuat xidmətinin rəhbəri Bertalan Havaşi məlumat verib.

“Viktor Orban qurumun Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi təklifi ilə razılaşıb. Bununla belə, o əlavə edib ki, Macarıstan bir sıra digər üzv dövlətlərlə birlikdə Gürcüstan və Bosniya məsələsində də namizəd statusunun təmin edilməli olduğuna inanır”-deyə, o bildirib.

Onun sözlərinə görə, Orban Belçika, Bolqarıstan, Estoniya, Lüksemburq və Malta hökumət başçıları ilə yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə videokonfrans formatında görüşdə iştirak edib.

Son xəbərlər

Bütün Xəbər Lenti