Versal sarayı yanğından sonra ziyarətçilərin üzünə açılıb - YENİLƏNİB

Versal sarayı yanğından sonra ziyarətçilərin üzünə açılıb - YENİLƏNİB Fransanın paytaxtı Parisdə yerləşən tarixi Versal sarayında yanğın olub, ziyarətçilər təxliyə edilib.
Digər ölkələr
11 İyun , 2024 23:20
Versal sarayı yanğından sonra ziyarətçilərin üzünə açılıb - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə yerləşən Versal sarayı yanğından sonra yenidən ziyarətçilərin üzünə açılıb.

“Report” xəbər verir ki, bu barədə Versal sarayının "X" sosial şəbəkəsindəki səhifəsində bildirilir.

"Bu gün sarayda tüstülənmə müşahidə olunub, tez bir zamanda nəzarətə götürülüb və təhlükəsizlik məqsədilə ziyarətçilər təxliyə edilib. Hazırda saray əhalinin üzünə açıqdır", - məlumatda deyilir.

“Reuters”in məlumatına görə, yanğın damın təmir işləri aparılan hissəsində baş verib.

18:41

Fransanın paytaxtı Parisdə yerləşən tarixi Versal sarayında yanğın olub, ziyarətçilər təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, yanğın sarayın damında başlayıb və yanğınsöndürənlər tərəfindən tez bir zamanda nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi