Venesuelanın enerji təchizatı sistemi kütləvi hücumlara məruz qaldı

Digər ölkələr
  • 28 mart, 2019
  • 19:34
Venesuelanın enerji təchizatı sistemi kütləvi hücumlara məruz qaldı

Son üç həftə ərzində Venesuelanın enerji təchizatı sistemi kütləvi hücumlara məruz qaldı.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və İnformasiya naziri Хorхe Rodrigez bildirib.

"Martın 7-dən indiyədək 4 böyük hücum törədilib ", - deyə o bildirib.

Nazirin sözlərinə görə, bu hücumlar mart ayının 7, 9, 11 və 25-də həyata keçirilib.