Venesuelada zəlzələdən sonra 6 000-dən çox insan xilas edilib
Digər ölkələr
- 01 iyul, 2026
- 03:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Venesuelada iyunun 24-də baş verən dağıdıcı zəlzələdən sonra 6 000-dən çox insan xilas edilib, on minlərlə ailəyə yardım göstərilib.
"Report"un məlumatına görə, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodriqes "Venezolana de Television" telekanalının efirində bildirib.
"6 461 nəfər xilas edilib və 80 870 ailəyə yardım göstərilib", - o deyib.
X.Rodriqesin sözlərinə görə, 28 380 zərərçəkən xəstəxanalarda və səhra düşərgələrində tibbi yardım alır.
O, həmçinin bildirib ki, 26 000-dən çox hərbi qulluqçu, 15 467 könüllü və 3 660 beynəlxalq xilasedici fəlakətin nəticələrinin aradan qaldırılması işlərində iştirak edir.
Son xəbərlər
21:53
"Flydubai" dekabrın əvvəlində İsrailə reysləri bərpa edəcək
Digər ölkələr
21:39
Maurisio Poçettino "Mançester Yunayted"in oyundan sonrakı istirahət gününü ləğv edib
Futbol
21:27
Mənimsəmədə şübhəli bilinən Rusiyanın Murmansk vilayətinin qubernatoru saxlanılıb
Region
21:19
Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb
Digər ölkələr
20:55
Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək
Digər ölkələr
20:47
Foto
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Daxili siyasət
20:43
Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib
Digər ölkələr
20:42
Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Futbol
20:34
NATO şərq cinahında hava və antidron müdafiəsini gücləndirəcək
Digər ölkələr