Venesuelada üç günlük matəm elan olunub

Venesuelada üç günlük matəm elan olunub Bakı. 13 yanvar. REPORT.AZ/ Venesuelanın Falkon ştatının qubernatoru Viktor Klark Karib dənizində qəzaya uğramış qayıqdakı gənc insanların həlak olması ilə bağlı üç günlük matəm elan edib.
Digər ölkələr
13 Yanvar , 2018 08:38
Venesuelada üç günlük matəm elan olunub

Bakı. 13 yanvar. REPORT.AZ/ Venesuelanın Falkon ştatının qubernatoru Viktor Klark Karib dənizində qəzaya uğramış qayıqdakı gənc insanların həlak olması ilə bağlı üç günlük matəm elan edib.

“Report” xəbər verir ki, bu barədə “Globovision” məlumat yayıb.

Son məlumata görə, Kyurasao adası yaxınlığında qayığın qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, daha 16 nəfər özünü adaya çatdıra bilib. Hadisə zamanı qayıqda 30 nəfər olub.

Digər 9 şəxsin taleyi hələlik məlum deyil.

Qayıq sahildə qayaya toxunaraq parçalanıb.

Son xəbərlər

Orphus sistemi