Venesuelanın şimalında baş verən yanğın zamanı azı 12 nəfər həlak olub, daha 13 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “El Pitazo” portalı bildirib.
Məlumata görə, hadisə şimalda yerləşən Araqua ştatında olub. Alışma qamış tarlasında baş verib. Xəsarət alanlar arasında həddi-buluğa çatmamış 3 nəfər də var. Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.