Yuxarı

​Venesuelada məhbuslar qiyam qaldıraraq həbsxana direktorunu girov götürüblər

Etirazlar görüşlərin ləğv olunması, pis qidalanma və sərt rəftarla bağlıdır

Bakı. 23 noyabr. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakas şəhəri ətrafında yerləşən "Rodeo-3" həbsxanasının məhkumları qiyam qaldıraraq müəssisə direktorunu və beş mühafizəçini girov götürüblər.

"Report" xəbər verir ki, 500-dən artıq dustağın iştirak etdiyi etirazlar görüşlərin ləğv olunması, pis qidalanma və sərt rəftardan irəli gəlib.

Venesuelanın hərbi polis bölmələri həbsxanaya gedən yolları bağlayıblar. Məhbuslar danışıqlar zamanı həbsxana işləri üzrə nazir İris Valeranın da iştirakını tələb edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi