Venesuelada keçirilən aksiyalarda 7 nəfər həlak olub

Venesuelada keçirilən aksiyalarda 7 nəfər həlak olub Bu barədə Milli Assambleyanın sədri Xulio Borxes xəbər verib
Digər ölkələr
13 Aprel , 2017 23:24
Venesuelada keçirilən aksiyalarda 7 nəfər həlak olub
Foto: Ria.ru

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ayın əvvəllərindən Venesuelada hökumət əleyhinə keçirilən aksiyalarda 7 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "El Universal" qəzetinin elektron versiyasına müxalifətin nəzarətində olan Milli Assambleyanın sədri Xulio Borxes xəbər verib.

Siyasətçi törədilmiş zorakılığa görə məsuliyyəti hökumətin üzərinə qoyub və ehtimal ki, nümayişçilərin üzərinə basqınlarda iştirak etmiş silahlı, yarımhərbi dəstələrin buraxılmasına çağırıb.

"Yarımhərbi, silahlı mülki şəxslərin, qrupların mövcudluğuna yol vermək olmaz. Venesuelada yalnız silahlı qüvvələrin silahdan istifadə üzərində inhisar hüququ olmalıdır", - deyə Borxes qeyd edib.

Xatırladaq ki, aprelin əvvəlindən Venesuelada siyasi böhran kəskinləşib. Bunun səbəbi Ali Məhkəmənin prezident Nikolas Maduroya parlamentdən yan keçməklə əlavə səlahiyyətlər verməsi olub. 

Son xəbərlər

Orphus sistemi