Venesuelada ikinci siyasi məhbus qrupu azadlığa buraxılıb

Digər ölkələr
  • 03 iyun, 2018
  • 02:47
Venesuelada ikinci siyasi məhbus qrupu azadlığa buraxılıb

Bakı. 3 iyun. REPORT.AZ/ Venesuela hakimiyyəti ikinci siyasi məhbus qrupunu həbsdən azad edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin rabitə və informasiya naziri Xorxe Rodriqesə istinadən "El Universal" nəşri yazıb.

Bildirilir ki, iyunun 3-də ümumilikdə 40 nəfər azad edilib.

Bundan əvvəl 39 siyasi məhbus azadlığa buraxılmışdı. Onların arasında müxalifət lideri, San-Kristobalın sabiq meri Daniel Sebalyos da var idi.

44 filmi