Venesuelada güclü zəlzələ dağıntılar törədib - YENİLƏNİB
- 22 avqust, 2018
- 04:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 avqust. REPORT.AZ/ Venesuelada baş vermiş zəlzələ paytaxt Karakas da daxil olmaqla, bütün ölkə ərazisində hiss olunub.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar bir neçə on saniyə davam edib, binalar titrəyib, pəncərələri silkələnib, dayanacaqda maşınlar yerindən tərpənib.
İnsanların əksəriyyəti küçələrə çıxıb. Evlərin divarlarında böyük çatlar əmələ, bəziləri dağılıb.
Venesuelanın daxili işlər naziri Nestor Luis Reverol "Twitter"də həmvətənlərini əndişələnməməyə çağırıb.
***02:02
Bakı. 22 avqust. REPORT.AZ/ Venesuelanın Sukre ştatında 7,3 maqnituda gücündə güclü zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun məlumatına görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.