Venesuelada müxalifət dövlət çevrilişinə cəhddə ittiham olunub

Venesuelada müxalifət dövlət çevrilişinə cəhddə ittiham olunub Venesuelanın ifrat sağçı müxalifəti respublikada dövlət çevrilişi həyata keçirmək üçün cinayətkar dəstələrdən, sosial şəbəkələrdən və kiberhücumlardan istifadə edib.
Digər ölkələr
22 Avqust , 2024 03:08
Venesuelada müxalifət dövlət çevrilişinə cəhddə ittiham olunub

Venesuelanın ifrat sağçı müxalifəti respublikada dövlət çevrilişi həyata keçirmək üçün cinayətkar dəstələrdən, sosial şəbəkələrdən və kiberhücumlardan istifadə edib.

"Report" "Globovisión" telekanalına istinadən xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinto diplomatik korpusla görüşündə deyib.

“Araqua və Lyano qatarları” cinayətkar qrupları müxalifət tərəfindən dövlət çevrilişi üçün təyin olunub və kiberçevrilişlə birlikdə istifadə edilib”, - XİN rəhbəri bildirib.

O, mütəşəkkil cinayətin bu cür istifadəsinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən işlənib hazırlandığını vurğulayıb.

Nazir qeyd edib ki, ifrat sağçı müxalifət heç bir dövlət hakimiyyətini və dövlət qurumunu tanımır.

İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurasının protokolların demək olar ki, 97%-ni işlədikdən sonra elan etdiyi kimi, vətəndaşların 51,95%-i Maduroya, 43,18%-i isə onun əsas rəqibi Edmundo Qonzales Urrutiaya səs verib. Müxalifət liderlərindən biri Mariya Korina Maçado artıq seçki günü Qonzalesin komandasının məğlubiyyəti etiraf etmək fikrində olmadığını bildirib.

Ertəsi gün paytaxt Karakasda və digər şəhərlərdə sağçı ekstremistlər iğtişaşlar törədib, seçki məntəqələrinə, polis postlarına və hərbçilərə hücum ediblər. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində Karakas və digər şəhərlərdə 48 saat ərzində ictimai asayiş bərpa edilib.

Son xəbərlər

Orphus sistemi