Venesuela prezidenti Trampa məktub yazmaq qərarına gəlib

Venesuela prezidenti Trampa məktub yazmaq qərarına gəlib Maduro bunu ona görə edir ki, iki ölkənin münasibətləri hərbi deyil, diplomatik əsaslara söykənsin
Digər ölkələr
26 Avqust , 2017 03:42
Venesuela prezidenti Trampa məktub yazmaq qərarına gəlib

Bakı. 26 avqust. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın dövlət başçısı Donald Trampa məktub yazmaq qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Venesuelanın xarici işlər naziri Xorxe Arreas bildirib ki, Nikolas Maduro bunu ona görə edir ki, iki ölkənin münasibətləri hərbi deyil, diplomatik əsaslara söykənsin.

Qeyd edək ki, ABŞ Venesuelaya qarşı sanksiyalar tətbiq edib. Bununla yanaşı, Birləşmiş Ştatların prezidenti Venesuelanı hərbi müdaxilə ilə təhdid edib. 

Son xəbərlər

Orphus sistemi