Venesuela prezidenti: "ABŞ-ın seçki sistemi orta əsrlərdən qalıb"

Venesuela prezidenti: "ABŞ-ın seçki sistemi orta əsrlərdən qalıb" "Prezidenti xalq yox, 500-dən bir qədər çox seçici seçir"
Digər ölkələr
9 Noyabr , 2016 00:04
Venesuela prezidenti: ABŞ-ın seçki sistemi orta əsrlərdən qalıb
Courtesy İmage

Bakı. 9 noyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ-ın seçki sistemi köhnəlib.

"Report" xəbər verir ki, bu barədə o, "Radio Miraflores" radiostansiyasının "Salsa saatı" verilişində bildirib.

"Orada prezidenti xalq yox, 500-dən bir qədər çox seçici seçir. Onların seçki sistemi orta əsrlərdən qalıb", - deyə Maduro bildirib.

Cənubi Amerika dövlətinin başçısı Ağ Ev rəhbəri postuna namizəd olan Hillari Klinton və Donald Trampın namizədliyini qiymətləndirməkdən imtina edib və bunu Venesuelanın ABŞ-ın daxili işlərinə qarışmaması ilə əsaslandırıb.

Son xəbərlər

Orphus sistemi