Venesuela müxalifəti hökumətlə danışıqlara məhəl qoymayıb

Venesuela müxalifəti hökumətlə danışıqlara məhəl qoymayıb Müxalifət təmsilçiləri görüşün ikinci raunduna gəlməyiblər
Digər ölkələr
29 Sentyabr , 2017 06:53
Venesuela müxalifəti hökumətlə danışıqlara məhəl qoymayıb
"Reuters"

Bakı. 29 sentyabr. REPORT.AZ/ Venesuela müxalifətinin təmsilçiləri hökumət nümayəndələri ilə Dominikanda keçirilməsi planlaşdırılan görüşün ikinci raunduna gəlməyiblər.

"Report" xəbər verir ki, bu barədə "TeleSUR" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ilk görüş sentyabrın 13-də keçirilib. Venesuela prezidenti Nikolas Maduro nəticələri uğurlu adlandırıb.

Lakin müxalifət nümayəndələri sentyabrın 27-də keçirilməli olan görüşə gəməyiblər. Onlar bildiriblər ki, Venesuela hökuməti zəruri şərtləri yerinə yetirməyib.

Buna baxmayaraq hökumət nümayəndələri növbəti dialoqa hazırlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi