Venesuela hərbi təlimlər zamanı Kolumbiya ilə sərhəddə hava hücumundan müdafiə sistemi yerləşdirəcək.
"Report" RİA "Novosti" yə istinadən xəbər verir ki, bu barədə prezident Nikolas Maduro açıqlama verib.
Bir gün əvvəl, o, sentyabrın 10-dan 28-dək Kolumbiya ilə sərhəddə genişmiqyaslı təlimlər keçiriləcəyini elan edib. Bu müddət ərzində bütün silah sistemləri hazırlıq səviyyəsinə gətirilməli və bütün silahlı qüvvələrin operativ yerləşdirilməsi həyata keçirilməlidir.