Venesuela ən zəruri malların alınması üçün yarım milyard dollar məbləğində kredit alacaq

Venesuela ən zəruri malların alınması üçün yarım milyard dollar məbləğində kredit alacaq Maliyyə vəsaitini Latin Amerikası Ehtiyat Fondu təmin edəcək
Digər ölkələr
26 İyul , 2016 09:39
Venesuela ən zəruri malların alınması üçün yarım milyard dollar məbləğində kredit alacaq

Bakı. 26 iyul. REPORT.AZ/ Venesuelaya ən zəruri ilkin tələbat malları ilə ölkə bazarını doldurmaq üçün yarım milyard dollar məbləğində kredit veriləcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, maliyyə vəsaitini Latın Amerikası Ehtiyat Fondu təmin edəcək.

Fond nümayəndələri ölkədəki vəziyyəti bir qədər düzəltməyə yardım edəcək 482 milyon dollarlıq kredit xəttinin ayrılmasına müsbət cavab verib.

Neftin qiymətinin düşməsi ilə əlaqədar yaranmış ağır iqtisadi böhrana görə, Venesuelada, hətta gündəlik istehlak malları üzrə də qıtlıq yaşanır. Mağazaların vitrinləri və rəfləri boşalır, ən zəruri malların alınması üçün isə insanlar uzun müddət növbədə dayanır.

Ara-sıra Venesuela sakinlərinin rahat alış-verişi üçün Kolumbiya ilə sərhədi açır. Bu yolla venesuelalılar qonşu ölkədən zəruri ərzaqlar və dərmanlar ala bilir.

Son xəbərlər

Orphus sistemi