Venesuela ABŞ-dakı səfirlik və konsulluğunu bağlayır
Digər ölkələr
- 25 yanvar, 2019
- 01:49
Bakı. 25 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə ABŞ-dakı bütün diplomatik nümayəndəliklərini bağlayır.
“Report” xəbər verir ki, onun sözlərini VTV8 kanalı sitat gətirib.
"Mən Venesuelanın ABŞ-dakı səfirlik və konsulluğunu bağlamaq qərarına gəldim". – deyə o bildirib.
Ölkənin Vaşinqtondakı səfirliyi gecə yarısı artıq konsulluq qəbulunu dayandırıb və "yeni xəbərdarlığa qədər" işini dayandırıb.
Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.
Son xəbərlər
01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14
Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir
Xarici siyasət01:05
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan göndərib
Region00:46
UEFA Millətlər Liqası: Türkiyə millisi Fransa yığmasına uduzub
Futbol00:35
Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət00:30
Azərbaycan-Mərakeş münasibətlərinin mövcud vəziyyəti nəzərdən keçirilib
Xarici siyasət00:08
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
Futbol23:58
ABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir
Digər ölkələr23:36