Venesiya sakinləri turistlərin sayının həddindən çox olmasına etiraz edirlər

Venesiya sakinləri turistlərin sayının həddindən çox olmasına etiraz edirlər Ötən il şəhərə 30 milyon turist gəlib
Digər ölkələr
14 Sentyabr , 2016 15:34
Venesiya sakinləri turistlərin sayının həddindən çox olmasına etiraz edirlər

Bakı. 14 sentyabr. REPORT.AZ/ Venesiyada yerli sakinlər şəhərə həddindən çox turistin gəlməsinə etiraz əlaməti olaraq nümayiş keçirib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, hazırda rəsmi məlumatlara görə, Venesiyanın tarixi mərkəzində 56 min nəfər yaşayır. Ötən il şəhərə 30 milyon turist gəlib. Bu da hər günə orta hesabla 70 min nəfərdən çox deməkdir.

Yerli sakinlər turistlərin davranışından narazıdır. Onlar həmçinin dar küçələrdə turist izdihamı arasından sıyrılıb keçməkdən yorulduqlarını deyirlər.

Ancaq şəhər büdcəsi əhəmiyyətli vəsaitlər tələb edir və bu, vəsait xüsusilə turistlərin axını hesabına təmin edilir. Sadəcə, şəhər sakinləri Venesiyanın bu qədər turisti qəbul etmək iqtidarında olmadığını təkidlə iddia edirlər.

Son xəbərlər

Orphus sistemi