Vatikan Dövlət Şurasının əməkdaşı koronavirusa yoluxub
Digər ölkələr
- 26 mart, 2020
- 03:34
Vatikan Dövlət Şurasında xidmət edən italiyalı prelat (katolik kilsələrində yüksək ruhani vəzifələrindən biri-red) koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən ANSA agentliyi bildirib.
Agentliyin məlumatına görə, yoluxan şəxs Roma Papası Fransiskın rəsmi iqamətgahında yaşayır. İqamətgahın bütün sakinləri üçün tibbi protokolda nəzərdə tutulmuş tədbirlər tətbiq edilib.
Vatikan rəsmiləri bu məlumatı hələ təsdiqləməyiblər.
Rəsmi məlumatlara görə, Papanın şəhər-əyalətinin ərazisində 4 koronavirusa yoluxma faktı aşkarlanıb.
İtaliya mediası Roma Papası Fransiskin faktiki karantin rejiminə keçdiyini iddia edir. Onun başqaları ilə təmasları minimum səviyyəyə endirilib.
Son xəbərlər
18:04
Ötən gün dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb
Hadisə18:04
Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib
Region17:57
Moskva ətrafında aerodromda təyyarə qəzaya uğrayıb
Region17:56
Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Biznes17:55
Kamboca ilə sərhəddə 14 tailandlı hərbçi ölüb
Digər ölkələr17:53
Azərbaycan həndbol çempionatlarında II turun oyunları keçirilib
Komanda17:47
Azərbaycan Türkiyədən kimyəvi məhsullar idxalına çəkdiyi xərci 1,5 % artırıb
Biznes17:37
Lukaşenko Trampla razılaşmalar çərçivəsində 123 xarici vətəndaşı əfv edib
Region17:36
Foto