Vaşinqtonda Ukraynadakı vəziyyət müzakirə olunub

Vaşinqtonda Ukraynadakı vəziyyət müzakirə olunub ABŞ prezidenti Cozef Bayden Ukrayna baş naziri Denis Şmıqalla görüşüb.
Digər ölkələr
21 Aprel , 2022 20:05
Vaşinqtonda Ukraynadakı vəziyyət müzakirə olunub

ABŞ Prezidenti Cozef Bayden Ukraynanın Baş naziri Denis Şmıqalla görüşüb.

“Report” Ağ Evə istinadən xəbər verir ki, ABŞ lideri görüşdən sonra danışıqların başlıca mövzusunun Ukraynada müharibəyə son qoymaq üçün Avropa İttifaqı və başqa müttəfiqlər arasında birlik əldə etmək olduğunu diqqətə çatdırıb.

Bundan əvvəl Ukraynanın Baş naziri milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla da görüşüb.

Son xəbərlər

Orphus sistemi